AZ

Ölkəmizin beynəlxalq fəaliyyətini həyata keçirilməsi bu qdər vəsait ayrılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında  dövlət büdcəsi müzakirəsi zamanı ölkəmizin beynəlxalq aləmdə mövqelərinin təmin edilməsi məqsədi ilə ayrılacaq vəsait açıqlanıb.

XALQ.AZ məlumat verir ki, 754,0 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

2025-ci ildə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin təmin edilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədləri üçün 754,0 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu xərclərin 205,0 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması xərclərinə, 32,0 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərclərinə, 8,0 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 238,1 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə yönəldiləcək.

Seçilən
17
xalq.az

1Mənbələr