AZ

“Rasinq” azarkeşi babasının kəllə sümüyünü stadiona gətirdi

2024-cü il Cənubiamerikan Kubokunun “Rasinq” (Avelyaneda) – “Kruzeyro” final oyununda qeyri-adi hadisə yaşanıb.

Arena.az məlumat verir ki, “Rasinq”in 3:1 hesabı ilə qalib gəldiyi oyunda Argentina klubunun azarkeşi babasının kəllə sümüyünü özü ilə stadiona gətirərək, bu barədə müsahibə də verib:

“Bu, mənim babam Valentin Agileradır, “Rasinq”in sadiq tərəfdarıdır. “Rasinq” mənim məhəbbətimdir, o da mənim məhəbbətimdir – mənim babam”, – “Daily Mail” nəvənin sözlərini sitat gətirir.

Mətbuatda o da bildirilir ki, hələ 2019-cu ildə, Cənubiamerikan Kubokunun final oyununda həmin azarkeşə oxşayan Qabriel Aranda adlı şəxsin 2018/2019-cu illər mövsümünün Argentina çempionatında “Rasinq”in qələbəsi xatirəsinə Valentin adlı babasının kəllə sümüyünü qazıb çıxarması ilə bağlı xəbərlər yayılmışdı.

Cənubiamerikan Kubokunun finalında “Kruzeyro” üzərində qalibiyyət “Rasinq”ə müvafiq yarışda ilk qəniməti qazandırıb.

Seçilən
43
arena.az

1Mənbələr