AZ

Nasser Əl-Xelaifi: “PSJ-nin məqsədi ÇL qazanmaq deyil”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Puassi şəhərində klubun yeni məşq mərkəzinin açılışı zamanı klubun cari il üçün hədəflərindən danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, qətərli iş adamının bu barədə fikrini təqdim edir:

“Bir məqamı demək istəyirəm: biz hər oyuna qələbə üçün çıxırıq. Bizim gənc komandamız var. Biz gerçəkçi olmalıyıq. Təcrübəli futbolçularımızla yanaşı, gənclərimiz də var. Məqsədimiz bu il Çempionlar Liqasını qazanmaq deyil, öz üslubumuzu qoruyub-saxlamaqdır”, deyə Nasser Əl-Xelaifi bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümündə PSJ 4 turdan sonra 4 xalla Liqa mərhələsinin ümumi yarış cədvəlində 25-ci pillədə qərarlaşıb ki, bu da Fransa nəhənginə növbəti – ələmə mərhələsinə keçid imkanı vermir. Bu baxımdan növbəti oyunlar PSJ üçün həlledici olacaq.

Fransa Liqa 1-də isə PSJ 12 oyundan 32 xalla yarış cədvəlinə başçılıq edir. Belə güman etmək olar ki, Paris klubu bu mövsüm də Fransa çempionatının qızıl medalını qazanacaq.

Seçilən
18
arena.az

1Mənbələr