AZ

Bir yolda hər 300 metrdən bir işıqfor quraşdırılması qanunidir? VİDEO

8 noyabr prospektinin üzü Zığ dairəsinə gedən istiqamətində hər 300 metrdən bir işıqfor quraşdırılıb.

Xezerxeber.az xəbər verir ki, qısa məsafədə bu qədər işıqforun quraşdırılmasına sürücü və piyadaların münasibəti isə birmənalı deyil.

Sakinlər ərazidə bəzi işıqforların yeni quraşdırıldığını bildirirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 8 Noyabr prospekti boyunca yaşayış məntəqələri yerləşdiyindən qanunvericiliyə əsasən, 150-300 metrdən bir piyada keçidləri təşkil edilib. Prospektdə yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduğundan işıqforla nizamlanan piyada keçidlərinin təşkili məqsədəuyğun hesab olunur.

Piyada axınının çox olduğu həmin ərazidə təhlillər aparılıb və işıqfor obyektləri quraşdırılıb",-deyə Agentlikdən qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
1
xezerxeber.az

2Mənbələr