Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 saylı avtoparkında baş verənlər barədə "Təzadlar"ın elektron poçtuna şikayət məktubu daxil olub...
Şikayət məktubu tərəfimizdən Agentliyin elektron poçtuna mövqe bildirilməsi üçün göndərilib... Lakin hələki cavab verilmədiyindən "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq aşağıda kiçik ixtisarla təqdim edirik:
müdiri –Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Prezidentinin köməkçisi Fuad Ələsgərova, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına müraciət ünvanlanıb. Bir nüsxəsi də Yenixeber.org-a daxil olan müraciətdə müəllif dövlət əmlakının kütləvi şəkildə mənimsənilməsindən və rəhbər şəxslərin özbaşınalıqlarından bəhs edir. Səslənən iddialarla bağlı adıçəkilən şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:
Möhtərəm cənab Prezident!
Məruzə edərək Sizə bildirirəm ki, 26.07.2024-cü il tarixində avtopark müdiri vəzifəsinə təyin edilmişəm. Təyin olduğum müddət ərzində aşağıda qeyd olunan dövlət əmlakının talan edilməsi ilə bağlı cinayət faktlarının şahidi olmuşam (qeyd olunan bütün cinayət faktları ilə bağlı təsdiqedici sənədlər, video və şəkillər mövcuddur. Bütün məsuliyyəti hiss edirəm və cavab verməyə hazıram). 1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. 2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması. 3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi. 4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi. 5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi. 6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması. 7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi. 8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması. 9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması. 10.Müxtəlif səbəblərdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması. 11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi. 12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi. 13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi. 14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması. 15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi. 16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması. 17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.
Möhtərəm cənab Prezident!
Bütün bu faktlarla bağlı Nəqliyyat və xüsusi texnika idarəsinin rəisi Samir Şahin oğlu Cəbrayılova yazılı formada dəfələırlə müraciət edərək komissiyanın yaradılması və 1 nömrəli avtoparka göndərilməsini tələb etmişəm, Lakin Samir Cəbrayılov cinayət faktlarını daima ört bastr etməyə çalışıb. Mənə təziq göstərir və susmadığım halda mənimlə bağlanmış 3 aylılq əmək müqaviləsini davam etmədiyi ilə qorxudur. 1 nömrəli avtoparkdan heç-bir səsin çıxmaması tapşırığını verib. Avqust ayının hesabatını imzalamadığım üçün məni hədələyir.
11.10.2024-cü il tarixində saat 11:35 radələrində İdarə rəisi Samir Cəbrayılov tərəfindən 1 nömrəli avtoparka göndərilmiş “qoçular” İdarə rəisinin müavini Ülfət Kazımov və İdarə rəisinin müşaviri Nurlan Tağızadə xidməti vəzifələrimi yerinə yetirən zaman otağımda olan İP kamerasını quldurcasına əldə etmək məqsədi ilə mənə fiziki qüvvə tədbiq edərək yerə yıxdılar, tələm tələsik otağı və ərazini tərk edərək (sifarişçinin) Samir Cəbrayılovun yanına getdilər. Faktla bağlı Abşeron rayonu Polis İdarəsində mənim tərəfimdən şikayət ərizəsi təqdim edilmişdir. Eyni zamanda aldığım xəsarətlə bağlı məhkəmə tibbi ekspertizadan da keçmişəm. 12.10.2024-cü il tarixində Ülfət Kazımov və Nurlan Tağızadə Abşeron rayonu Polis İdarəsinə çağırılmış və soyğunçuluq nəticəsində əldə ettdikləri mənə məxsus İP kamerasını, işi aparan təhqiqatçıya təhvil vermişdilər. Hal hazırda təhqiqat davam edir. Bu cinayət hadisəsi ilə bağlı İdarə rəisi Samir Cəbrayılova yazılı məlumat verdiyimdən sonra, mənə təhkim olunan xidməti avtomobil məndən alındı, xidməti otaqımda olam əmlaklar çölə çıxarıldı və tabeliyimdə olan işcilər tərəfindən xidməti otaq möhürləndi. İdarə rəisi telefon vasitəsi ilə mənə bildirdi ki, məni işdən azad edib. Lakin əmr hələ də mövcud deyil. 28.10.2024-cü il tarixində mövcud olmayan əmək müqaviləmə xitam verildi. Ülfət Kazımov və Nurlan Tağızadə tərəfindən törətdikləri cinayət əməllərinin səbəbi, Samir Cəbrayılovun 30.10.2024-cü il tarixində 1 nömrəli avtoparkda rəhbər və mühəndis heyəti ilə keçirilən müşavirədə özünün qeyri-adekvat davranışının videogörüntülərinin ələ keçirilməsi olmuşdur. İclas zamanı Samir Cəbrayılov aşağıdakıları qeyd etmişdir (vedomateriallar mövcuddur): 1. Samir Cəbrayılovun Dövlət Gömrük Komitəsində işlədiyi dövr ərzində rüşvət yolu ilə pulun əldə ediləsi və o,dövrdə buna icazənin olması haqqında. 2. 300 000 AZN məbləğində mövcud olmayan mal-materialların qəbul etdiyinin və qəbul sənədinə imza atdığının etiraf edilməsi haqqında. 3. Avtoparkdan bütün hallarda səsin çıxmaması tapşırığının (yani bütün faktlarlın gizlədilməsi) verilməsi haqqında. 4. Aralarında problem olan işçilər, işin sonunda ərazidən kənarda bir birlərinə qarşı soyuq silahdan (bıçaq) istifadə etmələri barəsində tapşırıq verdiyini və hətta bu kimi hallarda özünə məxsus (Samir Cəbrayılova) xəncəlində istifadə üçün təqdim edə biləcəyini də bildirməsi haqqında.
Küçədə böyüdüyünü, küçə aləminin qaydalarının bildiyini, onu dəstəklədiyimiz halda digər idarə rəislərinin başlarının əzilməsi haqqında 6. Əvəllər oğurluq edən işçilərə inandığını və gələcəkdə oğurluq əməllərinin təkrar olmaması tapşırığının veriməsi haqqında. İdarə rəisi Samir Cəbrayılovun belə arxayın çıxışı, bütün işçilərə dediyi kimi, yüksək vəzifəli bir generalın qohumu olmasıdır. Əvvəlki dövrlərdə rüşvətə əl atan bütün köhnə işçiləri vəzifəyə təyin edib, lakin oğurluğun qarşısını alan vicdanlı işçiləri isə uzaqlaşdırıb. Hal-hazırda cinayət faktlarına göz yumadığıma və susmadığıma görə idarə rəisi Samir Cəbrayılov məni də vəzfədən uzaqlaşdırdı. Hal hazırda işə gedə bilmirəm. Çox təsüflə qeyd etməliyəm ki, bu gün bu sahəyə diqqət çox aşağıdır. Bunun səbəbi, İdarə rəisi Samir Cəbrayılovun Nəqliyyat sahəsindən uzaq olmasıdır.Bütün bu faktlarla məlumatlı olduqları halda Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin rəhbərləri susur, heç bir reaksiya vermir. Möhtərəm cənab Prezident! Hansı vəzifədə oluramsa olum çalışdığım sahədə, amalım Ümummilli Lider Heydər Əliyevin İdeallarına sadiq qalmaq, müstəqil Azərbaycan dövlətimizin iqtisadiyyatını gücləndirmək, müxtəlif yollarla dövlət əmlakını mənimsəmələrinin qarşısını almaq və Sizin daxili siyasətinizi dəstəkləmək olmuşdur. Möhtərəm cənab Prezident! Yuxarıda qeyd olunan xüsusatların araşdırılmasına dair, tabeliyinizdə olan xüsusi- xidmət və hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. İnanıram ki, məs Sizin müdaxilənizdən sonra mənim əlimdə olan sübutedici faktlar və dəlillər əsasında bu cinəyətkar dəstə zərərsizləşdiriləndən sonra ədalət mühakiməsi vasitəsi ilə, törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar.
Mövzunun davamı olacaq.