AZ

Milli Gimnastika Arenasında "ustad dərsi" keçiriləcək

Milli Gimnastika Arenasında xoreoqraflar Sənan Mahmudlu və Məlikməmməd Həsənov tərəfindən “Dönmə və tullanma elementlərinin icra texnikaları və yeni qaydalara əsasən olunan dəyişikliklər” mövzusunda "ustad dərsi" keçiriləcək.

Bu barədə “Far.Az”a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, "ustad dərsi" dekabrın 5-də, saat 18:00-da baş tutacaq.

Seçilən
28
3
far.az

4Mənbələr