AZ

Ronaldu dubl edib - 913-cü qol

Kriştiano Ronaldu "Əl-Nəsr"in heyətində növbəti dəfə fərqlənib.

İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz Asiya Çempionlar Liqasında dublla yadda qalıb.

Ronaldu "Əl-Qarafa" ilə oyunun 46-cı və 64-cü dəqiqələrində rəqib qapıçını məyus edib. Bununla da, 39 yaşlı forvard karyerasında 912-ci və 913-cü qollarını vurub.

Qeyd edək ki, "Əl-Nəsr" 5 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr