AZ

Avropada Rusiyanı məğlub etməyin çətin olduğunu başa düşürlər



Təxminən dünyadakı atom başlıqlarının yarısına sahib olan Rusiyanı,məğlub etməyin çətin və hətta mümkün olmadığını, Avropa ittifaqı ölkələrinin liderləri arasında başa düşənlər və hətta dilə gətirənlər belə artıq var. Dünya,Rusiya və Ukrayna arasında gedən müharibənin,ən təhlükəli və ciddi qərarların qəbul edilə biləcəyi bir dövrə qədəm qoyduğunu müşahidə edir.Burda biz hər iki tərəfi nəzərdə tutaraq deyə bilərik ki, qəbul edilən qərarların həyata keçirilməsi üçün, mütləq ki səbəblər də var.Avropa insanı nüvə bombası qorxusu ilə yaşamağa artıq başlayıb və hər kəsin həyatı Putinin ,, mərhəmətinə,, bağlı kimi görünür.O, hər an istədiyini edə bilən və nə edəcəyi məlum olmayan bir ölkə başçısıdır. Həqiqətənmi Rusiyanı məğlub etmək olar? Sual nə qədər düzgün qoyulmasa da,məncə bu suala cavab ABŞ-da daha yaxşı anlaşılır və məhz bu səbəbdən müharibənin davam etməsində ABŞ daha çox maraqlı görünür.Birləşmiş Ştatlarda Rusiyanın müharibə meydanında məğlub olacağı çətin görünsə də,zamanla onun tükənməsi və zəiflədilməsi mümkün variant kimi qəbul edilir və Rusiyanın zəif düşməsi üçün Ukraynadan başqa məqbul hesab olunan ölkə kim və hara ola bilərdi? Rusiya hökuməti bunları anlayır, sözsüz ki artıq ABŞ-ın oyunlarına alət olduğunu da anlamamış deyil. Bütün məqbul variantları gözdən keçirə bilən dövlət olduğunu nəzərə alsaq, avropalıların qorxusu əbəs yerə deyil.
Seçilən
46
newscenter.az

1Mənbələr