AZ

Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”

"İsrailin Baş naziri Netanyahu və onun ətrafı üçün artıq çəmbər getdikcə daralır”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğan hökumətin bugünki iclasından sonra etdiyi çıxışda deyib.

Dövlət başçsı xarici siyasətdə çox gərgin və mürəkkəb bir gündəmlə qarşı-qarşıya qaldıqlarını qeyd edib: "İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı başlatdığı hücumlar genişlənir. Livan, Suriya və digər bölgə ölkələri artıq aktiv savaş ağuşuna alıb. 14 aydır Türkiyənin düz yanında son dərəcə qanlı, son dərəcə təhlükəli müharibə gedir. Türkiyə olaraq ilk gündən İsrail hökumətinin təcavüzkar siyasətinə ən sərt reaksiya verən ölkələrdən biriyik...".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
16
mia.az

1Mənbələr