AZ

Milli Məclisdə yeni TƏYİNAT

Milli Məclisin aparatında yeni təyinat baş tutub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoruna yeni müdir təyin edilib.

 

Sözügedən vəzifəyə Ramil Cəfərov gətirilib. 1986-cı il təvəllüdlü dövlət qulluqçusunun ixtisası beynəlxalq iqtisadi münasibətlər, Regional idarəetmədir.

 

Qeyd edək ki, əvvəllər bu vəzifəni tutan Kənan Axundov bir neçə gün əvvəl Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

 

Seçilən
9
16
modern.az

10Mənbələr