AZ

Ağ Ev ilk dəfə Rusiya ilə bağlı ETİRAF ETDİ

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı təsdiqləyib ki, Ukraynaya Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə etməklə Kursk bölgəsinə və regiona yaxın ərazilərə zərbələr endirməsinə icazə verilib.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ağ Ev sözçünün sözlərinə görə, hazırda Ukrayna tərəfinin bu raketlərdən təcili ehtiyac yaranarsa, özünümüdafiə üçün istifadə etmək imkanı var.

Noyabrın 17-də məlum olub ki, ABŞ prezidenti Co Bayden ilk dəfə Ukraynaya Rusiya ərazisini vurmaq üçün Amerikanın ATACMS raketlərindən istifadə etməyə icazə verib. Noyabrın 20-də “The Times” qəzeti isə yazıb ki, Birləşmiş Ştatlar həmçinin Ukraynaya Britaniyanın “Storm Shadow” raketlərindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə verib.

QAZİLER.AZ

Seçilən
69
50
qaziler.az

10Mənbələr