Bakı. Trend:
Qazaxıstanın şərqində yerləşən Jetısu bölgəsində 5,3 bal gücündəzəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bubarədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.