AZ

50 yaşlı Viktoriya Bekhem 25 ildir ki, belə qidalanırmış - "Dərimə görə yalnız..."

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem ciddi pəhrizə riayət etməyin vacibliyini açıqlayıb.



Sfera.az xəbər verir ki, onunla müsahibəni "The Telegraph" nəşr edib.



"Spice Girls" pop qrupunun 50 yaşlı keçmiş üzvü etiraf edib ki, 25 ildir ki, o, yalnız qızardılmış balıq və buxarda bişmiş tərəvəzlər yeyir. O, bu şəkildə yemək istəyini sızanaqlarla mübarizəsi ilə izah edib. İfaçının sözlərinə görə, "fast food" və allergik qidalardan uzaq durmaq dəridə qüsurların yaranmasının qarşısını alır.

 

“Dərimə görə yediyim şeylərə çox diqqətli oldum” - deyən Bekhem qırmızı ətdən də imtina etdiyini bildirib. Eyni zamanda, məşhur bəzən şərab da içir.

İnci

Seçilən
35
2
sfera.az

3Mənbələr