AZ

Şoyqu Taliban nümayəndələri ilə bir arada - VİDEO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Əfqanıstana səfər edib.

 

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

 

O, Taliban nümayəndələri ilə Rusiyanın biznes nümayəndələrinin iqtisadi və fiziki təhlükəsizliyini müzakirə edib. İqtisadi və nəqliyyat məsələlərinə də xüsusi diqqət yetirilib.

 

“Nəticələr ümidvericidir. Həmkarlar təhlükəsizlik səviyyəsinin... yüksək səviyyədə təmin ediləcəyini iddia edirlər. Bu onu deməyə əsas verir ki, onlar bunu ciddi, hərtərəfli edirlər”, - Şoyqu bildirib.

 

Qeyd edək ki, Baş nazirin müavini Aleksandr Overçukun da daxil olduğu Rusiya nümayəndə heyəti bu gün dörd görüş keçirib.

 

 

Seçilən
17
modern.az

1Mənbələr