AZ

“Arsenal” klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib

İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Niklas Bendtnerə bıçaqla hücum edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.

Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.

Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Qeyd edək ki, N.Bendtner 2005-2014-cü illərdə “Arsenal”ın futbolçusu olub, müxtəlif vaxtlarda icarə əsasında “Birminqem”, “Sanderlend” ( hər ikisi İngiltərə) və “Yuventus”un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin “Kopenhagen” komandasında çıxış edib.

Seçilən
34
5
nocomment.az

7Mənbələr