AZ

İtaliya rəsmisi açıq danışdı - "Ukraynaya bir əsgər də göndərməyəcəyik"

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Ukraynaya hərbi personalın göndərilməsi məsələsi barədə fikir bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında danışıb.

O, İtaliyanın Ukraynaya hərbçilərin göndərilməsi planının olmadığına dair ölkənin mövqeyini təsdiqləyib.

“Biz Ukraynada döyüşmək üçün bir əsgər də göndərməyəcəyik, yardım göndərməklə Kiyevə siyasi, maliyyə, hərbi yardım edirik, lakin döyüşə əsgər göndərməyəcəyik”, - Tajani bildirib.

O, həmçinin münaqişənin gərginləşməsinin qarşısının alınmasının vacibliyini bildirib.


Müəllif: Arzu
Seçilən
41
1
teleqraf.com

2Mənbələr