AZ

A Seriyası: “Leççe”yə Venesiyada 1 qol bəs etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Empoli” – “Udineze” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Venesiya”nın qonağı olan “Leççe” isə səfərdən 3 xalla qayıtmağa nail olub.

Beləliklə, A Seriyasının cari mövsümündə 13 turdan sonra ən çox (29) xal toplamış “Napoli” vahid liderdir. Bu komandanı 28 xalla “Atalanta”, “İnter”, “Fiorentina” və “Latsio” klubları izləyirlər. “Yuventus”un 25, “Milan”ın 19, “Bolonya”nın 18, “Udineze”nin 17, “Empoli”nin 16, “Torino”nun 15, “Roma”nın 13, “Parma”, “Verona” və “Leççe”nin 12, “Kalyari” və “Cenoa”nın 11, “Komo”nun 10, “Montsa”nın 9, sonuncu pillədə qərarlaşmış autsayder “Verona”nın isə 8 xalı var.

İtaliya, A Seriyası
13-cü tur
23 noyabr

Verona – İnter 0:5
Qollar: Korrea, 17. Turam, 22; 25. De Vrey, 31. Bissek, 41.

Milan – Yuventus 0:0

Parma – Atalanta 1:3
Qollar: Kanselyeri, 49 – Reteqi, 4. Ederson, 39. Lukman, 75.

24 noyabr

Cenoa – Kalyari 2:2
Qollar: Frendrup, 12. Miretti, 59 – Marin, 8-pen. Pikkoli, 88-pen.

Komo – Fiorentina 0:2
Qollar: Adli, 19. Kin, 68.

Torino – Montsa 1:1
Qollar: Masina, 59 – Dyuriç, 63.

Napoli – Roma 1:0
Qol: Lukaku, 54.

Latsio – Bolonya 3:0
Qol: Jiqo, 68. Zakkayni, 72. Dele-Başiru, 90+2.

25 noyabr

Empoli – Udineze 1:1
Qollar: Pelleqri, 23 – Devis, 76.

Venesiya – Leççe 0:1
Qollar: Dorqu, 70.

Seçilən
18
2
arena.az

4Mənbələr