AZ

7-ci mövsümdə 13-cü baş məşqçi

2018-2019 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” qısa tarixində tez-tez baş məşqçi dəyişikliyi ilə diqqət çəkib. Komanda yalnız çempionatdakı ilk mövsümündə və 2022-2023 mövsümündə mövsümü başladığı mütəxəssislə bitirib.

7-ci mövsümünü keçirən “Sabah”ı indiyə qədər müvəqqəti işi icra edənlər də daxil olmaqla Premyer Liqa matçlarına 12 məşqçi çıxarıb. Vasili Berezutski 13-cü çalışdırıcı kimi yadda qalacaq.

“Sabah”ın mövsümlər üzrə baş məşqçiləri və onların rəhbərliyi altında Premyer Liqada baş tutan oyun sayı:

2018-2019: Elşad Əhmədov (tam mövsüm – sonda 7-ci yer)

2019-2020: Elşad Əhmədov – 4 oyun, Rövşən Babayev – 1, İqor Ponomaryov – 7, Jelko Sopiç – 8 (6-cı yer)

2020-2021: Visente Qomes – 19, Ramin Quliyev – 9 (5-ci yer)

2021-2022: Ramin Quliyev – 7, Rəşad Hüseynov – 1, İlkin Hüseynov – 1, Murad Musayev – 19 (5-ci yer)

2022-2023: Murad Musayev (2-ci yer)

2023-2024: Murad Musayev – 20, Rəşad Eyyubov – 1, Ruslan Qafitullin – 4, Krunoslav Renduliç – 11 (3-cü yer)

2024-2025: Krunoslav Renduliç – 14, Vasili Berezutski – ?

Seçilən
19
futbolinfo.az

1Mənbələr