AZ

Polşalı fermerlər dekabrın 10-dan sonra Ukrayna ilə bütün sərhədi bağlamaqla hədələyiblər

Polşalı fermerlər dekabrın 10-dan sonra Ukrayna ilə bütün sərhədi bağlamaqla hədələyiblər.

Bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Polşalı fermerlərin Polşa-Ukrayna sərhədindəki bütün keçid məntəqələrinin blokadaya alınma ehtimalı ilə bağlı təhdidləri onların Mediçidə Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekierski ilə apardıqları danışıqlar zamanı edilib.

Polşa rəsmisi dekabrın 10-dək etirazçıların tələblərinə cavab hazırlayacağını bildirib.

Polşa qəzetinin yazdığına görə, fermerlər ehtiyat edirlər ki, hökumət ciddi tədbirlər həyata keçirməsə onda bu, Ukraynadan və Merkosur ölkələrindən (Argentina, Braziliya, Paraqvay, Uruqvay və Boliviya ) Polşaya kənd təsərrüfatı məhsullarının axınına səbəb olacaq. .

Həmçinin polşalı fermerlər hökumətdən 2024-cü il üçün kənd təsərrüfatı vergisini keçən illə eyni səviyyədə saxlamağı tələb edirlər.

Oxuməni.az

Seçilən
16
oxumeni.az

1Mənbələr