AZ

Qeyri-adi iş elanı - Namizəd maaş almayacaq, Şirkətə 23 min dollar ödəyəcək

Hindistanının çatdırılma tətbiqi Zomato-nun baş direktoru Deepinder Goyal sosial mediada Personel şefi (Chief of staff) axtardığını elan edib.

Marja.az xəbər verir ki, maraqlı olan elandakı şərtlərdir. İş elanında verilən məlumata görə, işə qəbul ediləcək şəxsə Zomato tərəfindən birinci il maaş verilməyəcək və o bu iş üçün şirkətə 2 milyon Hindistan rupisi (təxminən 23 min 670 dollar) ödəyəcək.

Paylaşım sosial şəbəkədə böyük reaksiyalara səbəb olub.

Zomato-nun Baş direktoru öz yazısında ödənişi özünün “Feding India” adlı qeyri-hökumət təşkilatına veriləcəyini bildirib və bu vəzifənin  idarəetmənin öyrədildiyi kursdan “10 dəfə daha çox öyrənmə” təmin edəcək “sürətli öyrənmə proqramı” olduğunu bildirib.

Bununla belə, cümə axşamı Goyal Şirkətə 23 min 670 dolların ödənilməsi tələbinin sadəcə bir "hiylə" olduğunu açıqlayıb. Goyal bu detalın "fürsəti dəyərləndirmək gücünə malik insanları tapmaq üçün" yazıldığını qeyd edib.

Müraciətlərin bağlanmasına cəmi 24 saat qalmış elana 18 mindən çox müraciət olub.

Goyal yenilənmiş yazısında bildirib: “Ümid edirəm ki, “işə qəbul olunmaq üçün şirkətə pul ödəmək” bu dünyada normaya çevrilməz – bu, xoş deyil”.

Seçilən
34
1
marja.az

2Mənbələr