AZ

Azərbaycanın şirkəti bölünür, səhmləri ləğv edilir

10 yanvar 2025-ci il tarixində “F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Marja xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.

2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.

3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.

4. ASC-nin bölünmə balansının təsdiq edilməsinə və bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.

5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis edilməsinə razılığın verilməsi.

6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.

7. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 10.00-dan-13.00-dək cəmiyyətin icra orqnının rəhbərinə müraciət edə bilərlər.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə. 

f.s shəmdarlar
Seçilən
11
1
marja.az

2Mənbələr