AZ

Təcili yardım maşını piyadanı vurub öldürdü - FOTO

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Daşkəsən rayon mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyada - 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub. Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
6
avtosfer.az

1Mənbələr