AZ

Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK - VİDEO

Taksi operatorları tərəfindən qiymətlər yenidən artıb. Son günlərdə endirilmiş qiymətlər əvvəlki vəziyyətlərinə geri dönüb.

Day.Az xəbər verir ki, sərnişinlər bildirir ki, keçən həftəsonundan etibarən qiymətlər 30-40 faiz artıb.

Taksi sürücüləri də qiymət artımını təsdiqləyir və bu dəyişikliklərin şirkətlər tərəfindən tənzimlənməsi barədə məlumat verirlər.

Sürücülər qiymət artımının bəzi səbəblərini izah edirlər. Onlar, hətta yaxın günlərdə qiymətlərin daha da artacağını istisna etmirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən bildirilib ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar olaraq Bakıdan kütləvi şəkildə əhali axını olub. Bu da yollarda tıxacların azalmasına səbəb olub. Nəticədə, taksi xidmətlərinin qiymətləri müəyyən müddətə azalmışdı. Lakin hazırda iş və təhsil mövsümünün başlaması ilə tıxaclar artıb və taksilərin iş tempi əvvəlki halına dönüb. Bu səbəbdən qiymətlərdə müəyyən dəyişikliklər müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.

Seçilən
12
day.az

1Mənbələr