AZ

Serbiya parlamentində dava

Serbiya parlamentində hakim və müxalif partiyalardan olan deputatlar arasında dava düşüb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, davaya səbəb noyabrın əvvəlində Novi Sad şəhərində dəmiryolu vağzalında baş verən hadisə ilə bağlı mübahisələr olub. 

Belə ki, parlamentdə büdcə ilə bağlı qanun layihəsi müzakirə edilərkən, müxalifət nümayəndələri hakim partiyanı hadisə ilə bağlı günahlandıran bannerlər asıblar.

Onlar hadisədə kimin məsuliyyət daşıması ilə bağlı məsələni müzakirə etməyi tələb ediblər. Hakim partiyanın deputatları banneri götürməyə çalışdıqda isə tərəflər arasında dava düşüb. 

Xatırladaq ki, noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarı uçub. Hadisə bərpa işləri zamanı baş verib. Nəticədə 15 nəfər həlak olub. İnsident sözügedən şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Aksiya iştirakçıları hadisədə günahkar olanların cəzalandırılmasını tələb ediblər.

Ötən həftə isə Serbiya prokurorluğu məsələ ilə bağlı 11 nəfərin saxlanıldığını açıqlayıb.

Seçilən
13
3
qafqazinfo.az

4Mənbələr