AZ

“Neftçi” və “Şamaxı” bu mövsüm penalti qazanmayıb

Misli Premyer Liqasında cari mövsüm penaltidən qol vuran komanda sayı 7-yə yüksəlib.

Futbolinfo.az saytının məlumatına görə, “Sumqayıt” bu mövsüm ilk dəfə onbirmetrlik zərbədən fərqlənib.

Bu, ölkə çempionatının 14-cü turunda “Şamaxı” ilə oyuna təsadüf edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan görüşün 77-ci dəqiqəsində qazanılan penaltini qola çevirən Rövlan Muradov “kimyaçılar”a doğma arenada 2:1 hesablı qələbə qazandırıb.

“Sumqayıt”a qədər “Zirə”, “Turan Tovuz”, “Sabah”, “Araz-Naxçıvan”, “Qarabağ” hərəyə 2, “Kəpəz” isə 1 dəfə penalti qoluna sevinib.

“Neftçi”, “Səbail” və “Şamaxı” hələ ki, penalti qoluna sevinə bilməyən klublardır. Onlardan “Səbail”in belə bir imkanı olub. Lakin 11-ci turda Fərid Nəbiyev “Sumqayıt”la görüşdə onbirmetrlik zərbəni qola çevirə bilməyib.

“Turan Tovuz” 2 qol vurmasına baxmayaraq, 3 dəfə penaltini məntiqi sonluğa çatdırmağı bacarmayıb. “Sabah” isə 1 dəfə belə zərbəni qola çevirməyib.

Seçilən
15
futbolinfo.az

1Mənbələr