Bu arada ehtiyat oyunçular skamyasında Şahruddin Məhəmmədəliyevi də gördük. 4 aydı yaşıl meydanlardan uzaq düşən qapıçının adı iştirak ərizəsinə salınmışdı.
Bəs 30 yaşlı əlcək sahibi Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxa bilərmi?
Şahruddinin “Football-plus.az”a açıqlaması belə oldu:
“Bəli, ehtiyat oyunçular skamyasındaydım. İndi forma yığmaq üçün vaxt lazımdı. Meydana çıxmaq üçün çox darıxmışam. Nə vaxt hazır olacağıma məşqçilər qərar verəcək. Amma “Lion”la oyunda olmayacağam. Ümid edirəm ki, hər şey yaxşı olar”.
RÖYANƏ OĞUZ