AZ

Zaqatala sakinləri dönərdən zəhərlənib - VƏZİYYƏTLƏRİ AÇIQLANDI

Ötən gün axşam saatlarında Zaqatala rayonunun müxtəlif kənd və qəsəbələrindən üç nəfər qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, həkimlərə müraciət edənlər arasında 1999-cu il təvəllüdlü Cobankol kənd sakini İlqar Əhmədov, 2007-ci il təvəllüdlü Mosul kənd sakini İradə Əsadullayeva və 2016-cı il təvəllüdlü Qazangül qəsəbə sakini Əli Atayev yer alıb. İlkin araşdırmalara görə, onların dönərdən zəhərləndiyi ehtimal olunur.

Hər üç şəxsə tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün evə buraxılıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Seçilən
18
day.az

1Mənbələr