AZ

Bu iki ölkənin Hizbullah ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir - » AzadMedia.az


ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 36 saat ərzində Hizbullah ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

Azadmedia.az xəbər verir ki, bu barədə Reuters Livandakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Fransa Prezident Administrasiyasından isə bildirilib ki, Livanda atəşkəslə bağlı müzakirələrdə əhəmiyyətli irəliləyiş əldə edilib.

Həmçinin “Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - deyə bəyanatda deyilir.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr