Tərtər rayon sakini Kərimli Həmzə Rəşad oğlu talassemiya xəstəliyindən əziyyət çəkir.
Redaktor.az-a müraciət edən azyaşlının valideynləri bildiriblər ki, HəmzəyəTürkiyədə ilik köçürülməsi olmalıdır və bunun üçün 144 min 500 azn tələb olunur.
Məbləğin 85000-nini ailə toplamalıdır. Qalan vəsait isə Nərgiz fondu tərəfindən qarşılanacaq . Bu məbləğin toplanmasında ailəyə dəstək lazımdır. Bacardığımız qədər köməyimizi əsirgəməyək. Onun sizlərin köməyinə ehtiyacı var.
Həmzənin valideynləri imkanı olan şəxslərdən azyaşlı üçün dəstək olmalarını xahiş edib.
Vasif