Azərbaycanlı beynəlxalq dərəcəli taekvondo hakimi Aygül Abdullayeva ən yaxşı referi seçilib.
İdman.biz xəbər verir ki, o, “Bosnia Open” beynəlxalq turnirində idarəçiliyinə əsasən qiymətləndirilib.
Abdullayeva yarışda qadınlar arasında ən yaxşı hakim adına layiq görülüb.
Qeyd edək ki, referimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında da iş başında olub.
İdman.biz