Hindistanda yanlış naviqasiya avtomobili yarımçıq körpüyə aparıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, avtomobilin köpürdən düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
Məlumata görə, həlak olan şəslər toydan evə qayıtmaq üçün naviqasiya proqramından istifadə ediblər. Proqramı onları yarımçıq körpüyə aparıb. Nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət etdiyi üçün dayana bilməyib və təxminən 7,5 metr hündürlükdən Ramqanqa çayının yatağındakı çuxura düşərək hadisə yerində ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.