AZ

Mirzoyan hələ təyin edilməmiş naziri təbrik etdi, ələ salındı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ötən gün Gürcüstanın baş naziri vəzifəsinə yenidən namizədliyi irəli sürülən İrakli Kobaxidzenin Nazirlər Kabinetinin yeni tərkibini açıqlamasından dərhal sonra gürcü həmkarını təbrik etməyə tələsməsi lağ obyektinə çevrilib.

Axar.az xəbər verir ki, Ararat Mirzoyan bununla bağlı sosial şəbəkə hesabında yazıb.

Ermənistanın “Hraparak” nəşri isə bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabineti hələ formalaşmayıb. Belə ki, ötən gün parlamentin ilk iclası baş tutub və İrakli Kobaxidzenin baş nazirliyə namizədliyi irəli sürülüb. Kobaxidze də yeni kabineti təqdim edib və kabinetdə 3 yeni nazirin (Maka Boçorişvili – xarici işlər naziri, Anri Oxanaşvili ədliyyə naziri, David Sonqulaşvili - ətraf mühit və kənd təsərrüfatı naziri) olacağını bildirib.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında Maka Botçorişvilinin xarici işlər naziri vəzifəsinə namizədliyi ilə bağlı məsələ müzakirə olunacaq. Yalnız bundan sonra yeni kabinet təsdiq üçün parlamentə təqdim ediləcək.

Nəşr yazıb ki, Mirzoyanın bu qədər “tələsməsi” tragikomediyadır.
Seçilən
4
3
sherg.az

4Mənbələr