Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”.
Eyni zamanda, Prokurorluq həbslərlə bağlı cinayət işi açıb.
Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.