1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaponiyada "Epsilon S" raketinin mühərrikinin sınağı zamanı yanğın baş verib.
Oxu.Az bu barədə NHK telekanalına istinadən məlumat verir.
Hadisə Taneqaşima kosmodromunda (Kaqoşima prefekturası) baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, "Epsilon" seriyalı üçpilləli, bərk yanacaqlı raket Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və IHI aviasiya korporasiyası tərəfindən birgə hazırlanıb. Bu tip raketlər 2013-cü ildən Yaponiyada kiçik peyklərin buraxılması üçün istifadə olunur. "Epsilon S" onun son modifikasiyasıdır.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında Akita prefekturasında oxşar bir sınaq keçirilib və partlayışla nəticələnib.