AZ

Husilər əsir mübadiləsinə hazırdır

Husilər

Yəmənin bir hissəsinə nəzarət edən husilər Yəmən hökuməti ilə məhbus mübadiləsinə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu husilərin Əsirlər Komitəsinin sədri Əbdülkadir əl-Murtaza deyib.

“Biz bəyan edirik ki, BMT-nin himayəsi altında imzalanmış bütün sazişləri məhdudiyyət və şərtlər olmadan həyata keçirməyə, həmçinin istisnasız olaraq bütün tərəflərdən məhbusları əhatə edən hərtərəfli saziş bağlamağa hazırıq”.

Murtaza əsirlərin iztirablarına hər cür son qoymaq üçün yerli vasitəçilik bacarığına malik şeyxləri və cəmiyyətin tanınmış simalarını bu dosye ilə bağlı tədbir görməyə çağırıb.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında bir çox cəbhədə məhbus mübadiləsi aparılsa da, tərəflərin saxladığı məhbusların sayı barədə dəqiq məlumat verilmir.

E. KAMAL
Seçilən
6
reyting.az

1Mənbələr