AZ

Efirdə biabırçı müzakirə: “Toydan əvvəl cütlüklər...” - VİDEO

“ARB” televiziyasında yayımlanan “Günü bu gün” verilişində qalmaqal yaşanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb verilişin aparıcısı Nigar Fərhadın qonaqlara ünvanladığı sual olub. Teleaparıcı soruşub ki, toydan əvvəl cütlüklər yaxınlıq yaşamalıdırmı? Bu sual isə efirdə iştirak edən ekspertlər arasında qalmaqal yaradıb.

Plastik-Rekonstruktiv-Estetik cərrah Mirəzim Zaidov sözügedən məsələyə münasibət bildirərək, buna normal baxdığını açıqlayıb.

"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli isə səsləndirilən fikirlə qətiyyən razılaşmayıb. Beləliklə, ekspertlər arasında mübahisə yaşanıb.

Qeyd edək ki, həmin mövzu sosial şəbəkələrdə də müzakirə edilib və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri efirdə bu cür məsələlərin müzakirə edilməsini biabırçılıq adlandırıb və aparıcının ünvanına tənqidlər yağdırıblar.

Aytac Şahin

Mənbə: yenisabah.az

Seçilən
10
2
yenisabah.az

3Mənbələr