AZ

İslamabadda etiraz aksiyaları zamanı azı 12 nəfər ölüb

Pakistan hüquq-mühafizə orqanlarının 10 əməkdaşı da daxil olmaqla, ən azı 12 nəfər paytaxt İslamabadda "Ədalət Hərəkatı" müxalifət partiyasının təşkil etdiyi etiraz aksiyasının iştirakçıları ilə toqquşmalarda həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Pakistan hüquq-mühafizə orqanları şəhərin mərkəzi rayonlarına doğru hərəkət edən müxalifət tərəfdarlarının kolonunun irəliləməsinin qarşısını almaq və iğtişaşları yatırmaq üçün səy göstərir.

Bildirilib ki, 7 “Rangers” (Pakistanın Daxili İşlər Nazirliyinin hərbiləşdirilmiş bölməsi) əməkdaşı, 2 polis əməkdaşı və ölkənin sərhəd qoşunlarının nümayəndəsi də daxil olmaqla 12 nəfər həlak olub. Qeyd edilib ki, 100-dən çox polis əməkdaşı toqquşmalar zamanı yaralanıb. Məlumata görə, onların bəzilərinin vəziyyəti ağırdır.

Öz növbəsində, Pakistanın Baş naziri Şahbaz Şərif "Ədalət Hərəkatı" müxalifət partiyası tərəfdarlarının ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlarını qınayıb.

"Baş nazir Şahbaz Şərif Şrinaqar şosesində etirazçıların “Rangers” dəstəsinin və polis əməkdaşlarının nümayəndələrinə hücumunu qətiyyətlə pisləyib", - Baş nazirin Katibliyi tərəfindən yayılan bəyanatda vurğulanıb.

Seçilən
28
operativmm.az

1Mənbələr