AZ

"Made in Turan" brendi ilə beynəlxalq ixracatın artırılması hədəflənir - Camid Mövsümov

"Made in Turan" brendi çərçivəsində Türkdilli ölkələrin məhsulları bazara çıxarılacaq.

Fins.az xəbər verir ki, bu barədə Turan E-Ticarət və İxracat Forumu çərçivəsində "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov məlumat verib.

Onun sözlərinə görə, bu tədbirdə "Made in Turan" markası altında ilk məhsullar təqdim olunub. Brend, qida və qeyri-qida məhsullarını, həmçinin bir sıra əmtəə və xidmətləri əhatə edir.

Turan E-Ticarət və İxracat Forumu "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyası tərəfindən birgə təşkil olunub və məqsədi Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına dəstək verməkdir. Bu brendin ortaya çıxması, türkdilli ölkələrin məhsullarını bir araya gətirərək beynəlxalq aləmdə tanıdılmasını təmin etmək məqsədini güdür.

Seçilən
19
11
fins.az

10Mənbələr