AZ

Həmin mühafizə xidməti cərimələndi

Xəzər Rayon Məhkəməsində “Vətən-N Mühafizə” MMC-yə yazılan inzibati protokola baxılıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib. Buna baxmayaraq, proses davam etdirilir. Növbəti baxış iclası noyabrın 27-də keçiriləcək.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: 2020-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Namiq Babacan oğlu Cahangirovdur. Bu il iyulun 23-də Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi (Mühafizəçi “Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb. Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir. İş üzrə zərərçəkən qismində “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb. Hazırda proses Binəqədi Rayon Məhkəməsində davam etdirilir.

Seçilən
16
9
konkret.az

6Mənbələr