AZ

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan VanhongCeramics Co.” MMC tərəfindən yeni məhsul istehsalınabaşlanılıb.

Trend xəbərverir ki, bu barədə Agentlik məlumat yayıb.

Belə ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin(sürüşməyən keramoqranit) istehsalına başlanılıb.

Hazırda yeni məhsulun 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm)istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasənevlərin çöl sahələrində istifadə edilir.

Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilinoktyabr ayında fəaliyyətə başlayıb.

İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyatakeçirilib, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payınadüşür. İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan,Özbəkistan və Qazaxıstana ixrac edilib.

Seçilən
24
6
az.trend.az

7Mənbələr