AZ

“Hövsan qəsəbəsində kanalizisiya sisteminin yenidən qurulması vacibdir”- DEPUTAT

Hövsan şəhər tipli qəsəbədir. Qəsəbədə poliklinikanın olmasına baxmayaraq əhalinin məmnunluğu baxımdan yeni tipli xəstəxananın, tibb müəssisəsinin tikilməsinə ehtiyac var.

Bizim.Media xəbər verir ki, bunu deputat Sevinc Fətəliyeva parlamentin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat Suraxanı rayonunda, xüsusilə Hövsan qəsəbəsində kanalizasiya və su şəbəkəsində problemlərin olduğunu hökumət nümayəndələrinin diqqətinə çatdırıb:

“Kanalizasiya problemini aradan qaldırmaq üçün kanalizisiya sisteminin yenidən qurulması vacib məsələdir. Daxili yolları əsaslı təmir edərkən kanalizasiya və su şəbəkəsinin yenidən qurulması diqqətdən kənarda qalmamalıdır”.

Günay Şahmar, Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr