Azərbaycanda ümumi dəyəri 5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən və broker xidmətlərindən azad olunacaq.
Index.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov bildirib.
O, bu barədə Bakıda keçirilən “Turan E-Ticarət və İxracat Forumu”nda danışıb.