AZ

Trampın müşaviri vəzifələrə görə namizədlərdən gizlincə pul tələb edib - WP

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri növbəti administrasiyada vəzifələrə namizədlərin təyin edilməsində vasitəçi kimi gizli şəkildə faydalanmağa çalışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” iki nəfərə istinadən yazır.

Jurnalistlərin fikrincə, söhbət Boris Epşteyndən gedir. Nəşrin mənbələri bildirirlər ki, o, potensial administrasiya namizədlərindən Trampa məsləhət görmək müqabilində ona aylıq məsləhət haqqı ödəmələrini istəyib.

İki mənbənin bildirdiyinə görə, Trampın vəkilləri son günlərdə Epşteyn haqqında hesabat hazırlayıblar. Məlum olub ki, Epşteynin pul tələb etdiyi şəxslər arasında Trampın maliyyə naziri postuna seçdiyi Skott Bessent də var.

Qəzet yazır ki, "hesabatda Bessentin fevral ayında Trampla ilk görüşündən bir gün sonra Epşteyn onu Palm Beach otelinə nahar etməyə dəvət edib və burada Epşteyn ayda ən azı 30 min dollar maaş istəyib”.

Anonim mənbələr bildiriblər ki, Tramp hesabatı Epşteynin potensial administrasiya namizədlərindən və digərlərindən pul istəməsi ilə bağlı iddiaları eşitdikdən sonra istəyib. 

Hesabatla tanış olan insanlardan birinin sözlərinə görə, hesabatda Trampa qalmaqal və bəlkə də Epşteynə qarşı cinayət ittihamları barədə xəbərdarlıq edilərək Epşteynin Trampla iş birliyinin və yaxınlığını dayandırması tövsiyə olunur.

Nizami Bağırov
Seçilən
1
qaynarinfo.az

1Mənbələr