AZ

Mənimsədiyi 70 min manata yaxın pulu “Tik Tok”da xərcləyib

Bakıda işlədiyi univermağın 70 min manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən və həmin pulun müəyyən hissəsini “Tik Tok” sosial şəbəkəsində tanışlarına hədiyyə kimi göndərən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nicat Abbasov altı il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, o, əvvəl univermaqda operator daha sonra isə qeyri-rəsmi mühasib vəzifəsində işləyib. Təqsirləndirilən şəxs univermağın mal aldığı firmalara, fərdi sahibkarlara və təchizatçılara ödəniş edilməli olan 69 min 800 manat pulu mənimsəməkdə ittiham olunub.

Nicat Abbasov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.

Seçilən
10
11
bakivaxti.az

10Mənbələr