AZ

Büdcə layihəsi günün cəmiyyətin gözləntilərinə uyğun hazırlanıb - Deputat

"Təqdim olunan büdcə layihəsi günün tələblərinə, cəmiyyətin ehtiyaclarına və gözləntilərinə uyğun hazırlanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, səhiyyə xərclərinin ötən ilin göstəricisi ilə müqayisədə 7,1 faizlik artımı bu sahədə uzun müddətdir ki, həyata keçirilən davamlı islahatların nəticəsidir.

Deputat bildirib ki, bu gün icbari tibbi sığortanın uğurlu tətbiqinin davamlılığını təmin etmək üçün qanunvericilik bazası gücləndirilir:

“Son illərdə xidmətlər zərfinə daxil olan tibbi müdaxilələrin sayının artırılması, xüsusi ilə hər bir vətəndaşın sosial müdafiəsinə xidmət edən ambulator sahədə dərman preparatlarının xidmətlər zərfinə daxil edilməsi şübhəsiz icbari tibbi sığorta sisteminin uğurlu inkişafının göstəricisidir".

Mina Mikayılova

Seçilən
4
bakivaxti.az

1Mənbələr