Britaniyalı müğənni Adel Las-Veqasda konsert verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 'Hello', 'Someone Like You', 'Easy On Me' və 'Rolling in the Deep' hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasda "Weekends With Adele" konserti ilə səhnəyə vidalaşıb.
Las-Veqasda 100-cü konsertini verən Adel konsertin sonunda göz yaşlarını saxlaya bilməyib.
36 yaşlı britaniyalı sənətçi musiqi ilə bağlı heç bir planının olmadığını ifadə edərək "Bu konsertin bitəcəyinə çox üzülürəm, amma baş tutduğu üçün də çox xoşbəxtəm. Bu səhnə üçün, sizin üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxmaq istəyərəm bilmirəm" sözlərini deyib .
Fidan
Milli.Az