Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev Macarıstanın “Ferentsvaroş” və İsveçin “Malmö” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
5-ci tur çərçivəsində keçiriləcək bu oyunda Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
“Ferentsvaroş” – “Malmö” oyunu noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.