AZ

Ukrayna Böyük Britaniyadan yeni uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri alıb

Britaniya hökuməti bir neçə həftə əvvəl Ukraynanı daha bir neçə onlarla uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri ilə təmin edib.

Bu, Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verən baş nazir Keir Starmerin hakimiyyətə gəlişindən sonra ilk çatdırılmadır. Raketlərin dəqiq sayı və onların Ukraynaya göndərilmə vaxtı açıqlanmayıb.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb. Materialın müəllifi qeyd edib ki, tədarüklər ictimaiyyətə açıqlanmayıb, lakin onlar Kiyevin uzaqmənzilli raket ehtiyatının tükənməsi səbəbindən bu yaxınlarda həyata keçirilib. Məqalədə deyilir: “Onlar (raketlər) ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya daxilindəki hədəflərə uzaqmənzilli mərmilər buraxmasına icazə verən son qərarından əvvəl göndərilib.

Dünən, noyabrın 25-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar “özünümüdafiə məqsədilə” Ukraynaya Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə Kursk bölgəsi və ətraf rayonları vurmağa icazə verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr