AZ

Almaniya təlim keçmək üçün Ukraynaya yeni üsul təklif edib

Almaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə batalyon və briqada qərargahları səviyyəsində təlim keçməyi təklif edib.

Turkustan.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin planlaşdırma qərargahının rəisi Kristian Freydinq alman təlimatçılarına Ukrayna hərbçilərini daha effektiv və döyüşə hazır vəziyyətə gətirmək üçün batalyon və briqada səviyyəsində təlim keçməyə icazə verməyi təklif edib. Bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

General-mayor Freydinq Almaniyanın Kiyevə hərbi yardımını təşkil edən əsas koordinatordur. O qeyd edib ki, ideyasını Ukraynanın müdafiə naziri Rustem Umerovla müzakirə edib.

Jurnalistin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin öz ölkələrinin ərazisində təlim keçməsinin mümkünlüyü ilə bağlı sualını cavablandıran Freydinq bunda heç bir praktiki üstünlük görmədiyini deyib. Onun sözlərinə görə, bu, daha risklidir, çünki Rusiya qoşunları NATO qoşunlarının yerləşəcəyi respublika ərazisində istənilən təlim obyektlərini vurmağa çalışacaqlar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr