Rusiyalı mütəxəssis Yuri Syomin Vasili Berezutskinin "Sabah”a baş məşqçi təyin olunmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, vaxtilə ölkəmizdə "Qəbələ"ni çalışdıran 77 yaşlı metəxəssis "Matç TV"yə müsahibəsində bildirib ki, Berezutskiyə Azərbaycandan işləmək maraqlı olacaq. O, "Sabah"ın ciddi rəqiblərinin olduğunu deyib:
"Vasiliyə uğurlar arzulayıram. Hər liqanın özünə görə çətinliyi olur. Premyer Liqanın aşkar lideri var ki, o da "Qarabağ"dır. Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada çıxış edir. Həmçinin "Neftçi"ni də yaddan çıxarmaq olmaz. Orada rəqiblər ciddidir, futbol isə inkişaf edir. Berezutski böyük peşəkar perspektivlər vəd edən yaxşı mühitə düşəcək. Yəqin ki, Vasiliyə maraqlı olacaq. Bu, çox səviyyəli və ciddi çempionatdır. Sabiq futbolçunun məşqçi olması çox yaxşıdır. Futbolçu keçmişi Vasiliyə kömək edəcək”.
Qeyd edək ki, "Sabah" ötən gün rusiyalı məşqçi ilə 2,5 illik müqavilə bağlayıb.